İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05
77
İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

İngiltərə komandası tək bir dünya çempionatında ən çox qol vurmaq rekorduna imza atıb.

İdman.Biz bildirir ki, komanda 2026-cı il dünya çempionatının yarımfinal matçında Argentinaya 14-cü qolunu vurub.

Entoni Qordon bu qolu vuraraq İngiltərə üçün rekord qırıb.

Komanda heç vaxt tək bir mundialda bu qədər qol vurmamışdı.

Oyun 2:1 hesabı ilə Argentinanın xeyrinə başa çatıb.

İngiltərə iyulun 19-da üçüncü yer uğrunda matçda Fransa ilə qarşılaşacaq.

İdman.Biz