İngiltərə millisinin sabiq futbolçusu Maykl Ouen DÇ-2026-nın yarımfinalında İngiltərənin Argentina millisinə 1:2 hesabı ilə uduzmasını şərh edib.
İdman.Biz xəbər verir ki, 46 yaşlı Ouen fikirlərini öz sosial şəbəkə hesabında yazıb.
“Bizim yığma Argentina millisindən daha güclüdür. Buna heç bir şübhəm yoxdur. Amma bu oyunda tam haqq etdiyimiz məğlubiyyəti aldıq. Hesab hətta 1:4 də ola bilərdi. Topu özümüzdə saxlamağın vacibliyini anlayana qədər nəticələr belə davam edəcək. Topu uzağa vurmaq əvəzinə, ona sahib olmağı bacarmalıyıq”, –Ouen qeyd edib.
Qeyd edək ki, DÇ-2026-nın yarımfinal oyununda Argentinaya məğlub olan İngiltərə üçüncü yer uğrunda oyunda Fransa ilə qarşılaşacaq.
