Argentina millisindən İngiltərə üzərində qələbədən sonra Malvin adaları mesajı - VİDEO

16 İyul 2026 09:22
96
Argentina millisindən İngiltərə üzərində qələbədən sonra Malvin adaları mesajı - VİDEO

Argentina milli komandası İngiltərə üzərində 2:1 hesablı qələbəsindən sonra siyasi mesajı ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, argentinalı futbolçular görüşün ardından meydanda “Las Malvinas son Argentinas” (“Malvin adaları Argentinaya məxsusdur”) yazılmış pankart nümayiş etdiriblər.

Qeyd edək ki, Argentina tərəfindən Malvin adaları, Böyük Britaniya tərəfindən isə Folklend adaları adlandırılan arxipelaqın suverenliyi iki ölkə arasında mübahisəlidir. 1982-ci ildə adalara nəzarət uğrunda Argentina ilə Böyük Britaniya arasında müharibə baş verib. Nəticədə adalar Londonun nəzarətində qalıb.

Xatırladaq ki, Argentina hökuməti bundan əvvəl azarkeşlərə dünya çempionatının yarımfinalında siyasi xarakterli şüar və simvollar nümayiş etdirməyi qadağan etmişdi. Bu qərarın mümkün zorakılıqların qarşısını almaq məqsədi daşıdığı bildirilib.

Bundan əvvəl Argentinanın təhlükəsizlik naziri Alexandra Monteoliva “La Voz” radiosuna açıqlamasında Malvin (Folklend) adalarının təsviri olan köynək və ya bayraqla azarkeşlərin İngiltərə ilə yarımfinal oyununa buraxılmayacağını demişdi.

İdman.Biz