“Monako”nun və ABŞ milli komandasının hücumçusu Folarin Baloqun karyerasını İtaliya liqasında davam etdirə bilər.
İdman.Biz-in insayder Nikolo Şiraya istinadən verdiyi məlumata görə, "Yuventus" 25 yaşlı hücumçu ilə maraqlanır. Turin klubu bu transfer üçün təxminən 35 milyon avro təklif etməyə hazırdır.
Mənbənin məlumatına görə, Baloqunun "Monako"dakı maaşı yüksək deyil, ona görə də "Yuventus" onun şəxsi müqaviləsinin şərtlərini razılaşdırmaqda ciddi çətinliklər gözləmir.
Baloqun 2023-cü ilin yayında "Arsenal"dan "Monako"ya 30 milyon avroya keçib. Onun Fransa klubu ilə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
2025/26 mövsümündə amerikalı hücumçu bütün yarışlarda 43 oyun keçirib, 19 qol vurub və beş məhsuldar ötürmə edib.
