Sebalyos “Napoli”yə keçmək istəyir

16 İyul 2026 04:14
73
Sebalyos “Napoli”yə keçmək istəyir

“Boka Xuniors”un cinah oyunçusu Ezekiel Sebalyos Moskvanın CSKA komandasının təklifini rədd edib və “Napoli”yə qoşulmaq istəyir.

İdman.Biz bu barədə insayder Fabrizio Romanoya istinadən bildirir.

Məlumata əsasən, CSKA 24 yaşlı oyunçuya ildə 5 milyon avro ödəməyə hazır idi.

“Napoli”nin artıq Seballosla şəxsi müqavilənin şərtlərini qəbul etdiyi və klubuna rəsmi təklif göndərdiyi bildirilir. Jurnalistin sözlərinə görə, təklif olunan məbləğ 10 milyon dollardır (təxminən 8,7 milyon avro).

Sebalyos “Boka Xuniors”un gənclər sisteminin yetirməsidir və 2020-ci ildən bəri böyüklər komandasında oynayır. Onun klubla müqaviləsi təqvim ilinin sonuna qədərdir.

İdman.Biz