Azərbaycan milli komandasının hücumçusu Vüsal İsgəndərli Kosovonun “Malişeva” komandasının Konfrans Liqasının ikinci təsnifat mərhələsinə yüksəlməsinə kömək edib.
İdman.Biz-in məlumatına görə, birinci təsnifat mərhələsinin ikinci oyununda Kosovo klubu Albaniyanın “Vlazniya” komandasını 5:0 hesabı ilə məğlub edərək, ilk oyundakı 2:1 hesablı məğlubiyyətin əvəzini çıxıb.
İsgəndərli oyuna start heyətində başlayıb və məhsuldar ötürmə edib. Birinci hissəyə artırılmış vaxtın ikinci dəqiqəsində Azərbaycanlı oyunçu komanda yoldaşına ikinci qolda məhsuldar ötürmə edib. O, 68-ci dəqiqədə əvəzlənib.
Ümumi hesabda qələbə ilə “Malişeva” Konfrans Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.
