2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə və Argentina arasında ilk zərbə 33-cü dəqiqədə vurulub - bu, 1966-cı ildən bəri mundial tarixində ən gec zərbədir.
İdman.Biz bu barədə Opta Sports-a istinadən məlumat verir.
Komandalar ABŞ-ın Atlanta şəhərindəki “Mercedes-Benz” stadionunda oynayır. Matçı İsmail Elfat (ABŞ) idarə edir.
Bundan əvvəl İspaniya 2026-cı il dünya çempionatının yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub etmişdi. Final 19 iyulda keçiriləcək.
Argentina hazırkı dünya çempionudur.
