“Maynts” və Yaponiya milli komandasının yarımmüdafiəçisi Kaisu Sano karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdman.Biz-in “Bild”ə istinadən verdiyi məlumata görə, “Liverpul” 25 yaşlı müdafiəçi yarımmüdafiəçi ilə maraqlanır. Mersisayd klubu oyunçunun transferi üçün 60 milyon avro təklif etməyə hazırdır.
Mənbənin məlumatına görə, Sanonun bazar dəyəri 2026-cı il Dünya Kubokundakı uğurlu çıxışından sonra xeyli artıb. “Maynts” rəhbərliyinin satış təklifini nəzərdən keçirməyə hazır olacağı gözlənilir.
Sano 2024-cü ilin yayında Yaponiyanın “Kaşima Antlers” klubundan “Maynts”a 2,5 milyon avroya keçib. Onun Almaniya klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
2025/26 mövsümündə yarımmüdafiəçi bütün yarışlarda 48 oyun keçirib, iki qol vurub və beş məhsuldar ötürmə edib.
