Konfrans Liqası: “Zirə” “Torpedo”nu darmadağın edərək növbəti mərhələyə yüksəlir - YENİLƏNİB + VİDEO

16 İyul 2026 21:49
944
Konfrans Liqası: “Zirə” “Torpedo”nu darmadağın edərək növbəti mərhələyə yüksəlir

“Torpedo” - “Zirə” matçı başa çatıb.

İdman.Biz bildirir ki, matç 3:0 hesabı ilə Azərbaycan klubunun xeyrinə qurtarıb. Beləliklə, "Zirə" iki oyunun nəticəsinə görə UEFA Konfrans Liqasının II mərhələsinə yüksəlib.

21:28

“Torpedo” - “Zirə” matçında hesab dəyişib.

İdman.Biz bildirir ki, 70-ci dəqiqədə Eren Aydın dubl edib - 0:3.

21:01

“Torpedo” - “Zirə” matçında ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, ilk yarıdan sonra "Zirə" 2:0 hesabı ilə irəlidədir.

20:46

“Torpedo” - “Zirə” matçında birinci hissə bitib.

İdman.Biz bildirir ki, ilk yarıdan sonra "Zirə" 2:0 hesabı ilə irəlidədir.

20:40

“Torpedo” - “Zirə” matçında hesab dəyişib.

İdman.Biz bildirir ki, 39-cu dəqiqədə Amin Seydiyev qonaqların ikinci qolunu vurub.

20:27

“Torpedo” - “Zirə” matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 25-ci dəqiqədə Eren Aydın qonaqları irəli çıxarıb.

20:00

Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo” və “Zirə” arasında cavab oyunu başlayıb.

İdman.Biz bildirir ki, bu komandalar arasında ilk qarşılaşma 3:0 hesabı ilə "Zirə"nin xeyrinə başa çatıb.

19:19

Bu gün “Zirə” Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo” ilə cavab görüşünə çıxacaq.

İdman.Biz xəbər verir ki, artıq hər iki komandanın start heyəti bəlli olub.

“Torpedo”: 1. Qoşadze, 15. Kuprava, 24. Latsabidze, 4. Şimiç, 33. Stamatov, 20. Skorup, 7. Mamuçaşvili(k), 22. Bukia, 11. Arabidze, 9. Andriç, 14. Felipe Pires

Ehtiyat oyunçular: 31. Klyayiç, 38. Kopaliani, 5. Nadaraya, 6. Şerif, 8. Itrak, 29. Çitaişvili, 30. Antia, 35. Deysadze, 36. Pridonishvili, 39. Pinson

Baş məşqçi: Dirk Şuster

“Zirə”: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 5. Anj Mutsinzi, 4. Ruan Renato, 32. Qismət Alıyev(k), 93. Brahim Konate, 21. Guima, 17. Vieyrinya, 7. Eren Aydın, 11. Junior Martinş, 9. Davit Volkov

Ehtiyat oyunçular: 72. Hüseynəlu Quliyev,, 99. Səlim Həşimov, 6. Hacıağa Hacıyev, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Krismael, 57. Yusif Hacıyev, 70. Namik Ələsgərov, 77. Yeqor Boqomolski

Baş məşqçi: Rəşad Sadıqov

09:37

Bu gün “Zirə” futbol klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv birinci təsnifat mərhələsinin cavab oyununda Gürcüstanda “Torpedo”nun qonağı olacaq.

Qarşılaşma Kutaisidəki “Şengeliya Arena”da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Görüşün baş hakimi macarıstanlı FIFA referisi Mihali Kapray olacaq.

Cütün qalibi növbəti mərhələdə “Hegelmann” (Litva) - “Payde” (Estoniya) duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, Sumqayıtdakı ilk oyunda “Zirə” rəqibini üç cavabsız qolla məğlub edib.

İdman.Biz
Məqalədə: