Azərbaycanın çimərlik futbolu millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, baş məşqçi Sahib Məmmədov heyətə 11 futbolçunun adını daxil edib.
Qapıçılar: Elçin Qasımov, Emil Omarov
Oyunçular: Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev, Mirmövsüm Caniyev.
Qeyd edək ki, komanda bu gündən iyulun 20-dək Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olacaq. B Liqasının B qrupunda yer alan milli iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya yığmaları ilə qarşılaşacaq. Hər üç oyun Batumi çimərlik meydançasında təşkil olunacaq.
