Çimərlik futbolu üzrə Azərbaycan millisi Belarusa məğlub olub

30 Aprel 2026 11:00
156
Çimərlik futbolu üzrə Azərbaycan millisi Belarusa məğlub olub

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komanda Belarus yığması ilə qarşılaşıb.

Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolu Ramil Əliyev vurub.

İdman.Biz