“Neftçi”nin 3x3 basketbol komandası Dünya Qadın Seriyasına başlayır

3 İyul 2026 12:09
56
“Neftçi”nin 3x3 basketbol komandası Dünya Qadın Seriyasına başlayır

Bu gün “Neftçi”nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın Seriyasında mübarizəyə start verir.

İdman.Biz xəbər verir ki, komanda əsas mərhələnin A qrupunda Macarıstan və Slovakiya yığmaları ilə üz-üzə gələcək.

Paytaxt təmsilçisi əvvəlcə saat 19:30-da Macarıstan, daha sonra isə saat 21:35-də Slovakiya seçməsi ilə qarşılaşacaq.

İdman.Biz