NBA Avropada basketbolun inkişafına 10 milyard avro cəlb etməyi planlaşdırır

26 Noyabr 2026 06:13
76
NBA Avropada basketbolun inkişafına 10 milyard avro cəlb etməyi planlaşdırır

Milli Basketbol Assosiasiyası (NBA) Avropada basketbol infrastrukturunun inkişafına yönəlmiş irimiqyaslı investisiya layihəsini həyata keçirməyi planlaşdırır.

İdman.Biz xəbər verir ki, bu barədə liqanın “X” sosial şəbəkəsində yayımlanan rəsmi açıqlamasında bildirilib.

Təşəbbüs çərçivəsində Avropa ölkələrində basketbol arenalarının inkişafı və yenidən qurulması, eləcə də onların ətrafındakı idman və əyləncə komplekslərinin yaradılması və müasirləşdirilməsi üçün azı 10 milyard avro investisiya cəlb edilməsi nəzərdə tutulur.

Layihəni Avropada infrastruktur sahəsinə sərmayə yatırmaq üzrə böyük təcrübəyə malik bir qrup beynəlxalq şirkət dəstəkləyir.

Təşəbbüs NBA-nın Beynəlxalq Basketbol Federasiyası (FIBA) ilə birgə 2027-ci ildə Avropada yaratmağı planlaşdırdığı yeni peşəkar basketbol sisteminin infrastruktur təminatına xidmət edəcək.

İdman.Biz