“Neftçi” ABŞ-dən olan basketbolçu Cerod Robinsonla yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, avqust ayında "Neftçi"yə keçən Cerod Robinson cari mövsümdə Bakı klubunun heyətində həm Azərbaycan Basketbol Liqasında (ABL), həm də FIBA Avropa Kubokunda mübarizə aparıb.
