Azərbaycanın çimərlik futbolu millisinin dünya reytinqindəki mövqeyi məlum olub

2 İyul 2026 16:52
77
Azərbaycanın çimərlik futbolu millisinin dünya reytinqindəki mövqeyi məlum olub

Ümumdünya Çimərlik Futbolu Təşkilatı yığmaların dünya üzrə reytinqini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisi siyahıda 35-ci pillədə qərarlaşıb.

Sahib Məmmədovun baş məşqçisi olduğu komandanın hazırda 340.5 xalı var.

Xatırladaq ki, reytinq cədvəlinə 3591.5 xalla Braziliya yığması başçılıq edir. İtaliya 2768 xalla ikinci, Portuqaliya isə 2764.5 xalla üçüncü pillədə yer alıb.

İdman.Biz