“Neftçi” Dünya Qadın Seriyasında Marsel mərhələsinin çempionudur - YENİLƏNİB

4 İyul 2026 23:50
1 210
“Neftçi” Dünya Qadın Seriyasında Marsel mərhələsinin çempionudur

3-4 iyul 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Marsel (Fransa) mərhələsinin görüşləri keçirilib.

İdman.Biz bildirir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" qrup lideri kimi 1/4 finala yüksəlib. "Neftçi" 1/4 finalda Uqanda millisinə 18:15, yarımfinalda Fransa seçməsinə 14:10 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb.

Finalda güclü Kanada yığması ilə üz-üzə gələn təmsilçimiz, gərgin mübarizənin yekununda 19:15 hesabı ilə qələbə qazanıb və Marsel mərhələsinin çempionu olub.

Turnirin ən dəyərli basketbolçusu (MVP) "Neftçi" klubunun və milli komandamızın üzvü Arika Karter seçilib.

21:04

“Neftçi”nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında bu gün növbəti matçını keçirib.

İdman.Biz-in məlumatına görə, komanda Uqanda yığması ilə üz-üzə gəlib.

Qarşılaşma “Neftçi”nin qələbəsi ilə başa çatıb - 18:15.

Yarımfinal oyunu saat 21:50-də keçiriləcək.

Qeyd edək ki, Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.

10:40

Bu gün “Neftçi”nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, komanda Uqanda yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.

İdman.Biz