Çimərlik futbol millimiz Gürcüstanı darmadağın etdi

9 İyul 2026 11:28
70
Çimərlik futbol millimiz Gürcüstanı darmadağın etdi

Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın çimərlik futbolu üzrə millisi növbəti yoxlama oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, yığmamız Gürcüstan seçməsini 6:0 hesabı ilə məğlub edib. Komandamızın heyətində Orxan Məmmədov üç, Elşad Manafov iki, Sahib Məmmədov isə bir dəfə fərqlənib.

Tərəflər arasında ikinci yoldaşlıq görüşü iyulun 10-da keçiriləcək.

Qeyd edək ki, Batumidə baş tutan yoxlama oyunları iyulun 15-19-da təşkil olunacaq Avropa çempionatına hazırlıq çərçivəsində keçirilir.

İdman.Biz