“Sabah” UEFA Çempionlar Liqasında ilk matçına çıxacaq

7 İyul 2026 09:24
103
“Sabah” UEFA Çempionlar Liqasında ilk matçına çıxacaq

Bu gün “Sabah” futbol klubu UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin birinci təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edəcək.

Matç Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək.

Qarşılaşmanın baş hakimi polşalı Patrik Qriskieviç olacaq.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.

İdman.Biz
Məqalədə: