Futbol üzrə DÇ-2026-da 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, günün əsas qarşılaşmasında Argentina və Misir milliləri üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Argentina əvvəlki mərhələdə Kabo-Verdeni 3:2 hesabı ilə məğlub edib. Misir isə Avstraliyanı əsas vaxtı 1:1 başa çatan oyundan sonra penaltilər seriyasında 4:2 hesabı ilə keçib.
Bu duel həm də Lionel Messi ilə Məhəmməd Salahın qarşıdurması kimi diqqət çəkir. Son dünya çempionu Argentina mübarizəni davam etdirmək, Misir isə turnirin əsas sensasiyalarından birinə imza atmaq istəyir.
Günün digər matçı gecə saatlarında keçiriləcək. Bakı vaxtı ilə 23:59-da İsveçrə Kolumbiya ilə qarşılaşacaq. İsveçrə 1/16 finalda Əlcəzairi 2:0 hesabı ilə məğlub edib, Kolumbiya isə Qananı 1:0 hesabı ilə üstələyib.
Argentina - Misir və İsveçrə - Kolumbiya cütlərinin qalibləri 1/4 finalda bir-birinə rəqib olacaq.
DÇ-2026, 1/8 final mərhələsi
20:00 Argentina - Misir
23:59 İsveçrə - Kolumbiya
