Messi mundial matçlarında iştirak üzrə mütləq rekordçudur

7 İyul 2026 21:19
87
Messi mundial matçlarında iştirak üzrə mütləq rekordçudur

Argentinalı hücumçu Lionel Messi DÇ-2026-nın 1/8 final mərhələsində Misirə qarşı oyunda iştirak edir.

İdman.Biz x\b\r verir ki, bu, argentinalının dünya çempionatının pley-off mərhələsində 14-cü çıxışıdır və o, Almaniya millisinin keçmiş oyunçusu Miroslav Klozenin rekordunu təkrarlayıb.

Messi həmçinin mundialda ən çox oyunda iştirak rekorduna (31) sahibdir. Bu reytinqə qadın komandaları da daxildir; əvvəlki rekord amerikalı Kristian Lilliyə məxsus idi.

DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı çempion Argentinadır.

İdman.Biz