Amadu Onananın zədəsinin xarakteri məlum olub

7 İyul 2026 20:48
69
Amadu Onananın zədəsinin xarakteri məlum olub

Belçika millisinin yarımmüdafiəçisi Amadou Onana DÇ-2026-nın 1/8 final mərhələsində ABŞ-a qarşı (4:1) matçda ön çarpaz bağından zədə alıb.

İdman.Biz bu barədə "The Athletic"ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, oyunçu zədədən sağalmaq üçün yeddi-səkkiz ay meydandan kənarda qalacaq.

Belçika dörddəbir finalda İspaniya ilə qarşılaşacaq. Oyun 10 iyulda ABŞ-ın İnqlvud şəhərindəki “SoFi” stadionunda keçiriləcək.

Argentina hazırkı dünya çempionudur.

İdman.Biz