Lukaku dünya çempionatları tarixində iki unikal rekorda imza atdı

7 İyul 2026 09:39
76
Lukaku dünya çempionatları tarixində iki unikal rekorda imza atdı

Belçika millisinin hücumçusu Romelu Lukaku futbol üzrə dünya çempionatları tarixində unikal nailiyyətə imza atıb.

İdaman.Biz “Opta”ya istinadən xəbər verir ki, 33 yaşlı forvard bunu DÇ-2026-nın 1/8 finalında ABŞ yığmasına qarşı keçirilən və Belçikanın 4:1 hesablı qələbəsi ilə başa çatan görüşdə reallaşdırıb.

Lukaku matça 67-ci dəqiqədə əvəzedici kimi daxil olub və 90+3-cü dəqiqədə komandasının dördüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Bununla da o, dünya çempionatları tarixində ardıcıl üç oyunda meydana sonradan daxil olaraq qol vuran ilk futbolçu olub. Eyni zamanda, Lukaku dünya çempionatlarında əvəzedici kimi oyuna qoşulduqdan sonra ümumilikdə dörd matçda fərqlənən ilk futbolçu kimi də tarixə düşüb.

Hazırkı turnirdə Lukakunun vurduğu hər üç qol meydana sonradan daxil olduqdan sonra qeydə alınıb. O, buna ilk dəfə 2014-cü il dünya çempionatının 1/8 final mərhələsində də məhz ABŞ millisinə qarşı keçirilən və Belçikanın əlavə vaxtda 2:1 hesabı ilə qalib gəldiyi oyunda nail olmuşdu.

İdman.Biz
Məqalədə: