Dünya Qadın Seriyası: “Neftçi SOCAR” 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB

18 İyul 2026 22:38
1 455
Dünya Qadın Seriyası: “Neftçi SOCAR” 1/4 finala vəsiqə qazanıb

3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala vəsiqə qazanıb.

İdman.Biz bildirir ki, dörddəbir finalda “Neftçi SOCAR” sabah Sloveniya ilə qarşılaşacaq.

18:41

"Neftçi SOCAR" qrup mərhələsindəki oyunlarını başa vurdu.

İdman.Biz bildirir ki, komanda "Prague" üzərində 18:14 hesablı qələbə qazanıb, Litvaya isə 16:21 hesabı ilə məğlub olub.

Komandanın qrupdakı yekun mövqeyi saat 19:55-də keçiriləcək Litva - "Prague" oyunundan sonra müəyyənləşəcək.

12:46

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində seçmə mərhələnin növbəti oyununu keçirilib.

İdman.Biz xəbər verir ki, Fəvvarələr Meydanında təşkil olunan yarışda Azərbaycan millisi B qrupundakı ikinci görüşündə Braziliya yığmasına 9:19 hesabı ilə məğlub olub.

Yığmamız həmin qrupun ilk matçında Benin seçməsini 21:3 hesabı ilə üstələmişdi.

Qrupun qalibi əsas mərhələnin D qrupunda İspaniya və Avstriya komandaları ilə mübarizə aparacaq.

Turnirdə iştirak edən “Neftçi SOCAR” komandası isə əsas mərhələnin A qrupunda Çexiyanın “Praqa” klubu və Litva millisi ilə qarşılaşacaq. Bakı təmsilçisinin oyunları müvafiq olaraq saat 16:15 və 18:05-də başlayacaq.

Qeyd edək ki, 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə iyulun 19-da yekun vurulacaq.

12:25

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, Fəvvarələr Meydanında keçirilən yarışın seçmə mərhələsində Azərbaycan millisi uğurlu çıxış edib.

Yığmamız B qrupundakı ilk oyununda Benin seçməsini 21:3 hesabı ilə məğlub edib.

Azərbaycan millisi qrupdakı növbəti görüşünü Braziliya yığmasına qarşı keçirəcək. Qrupun qalibi əsas mərhələnin D qrupunda İspaniya və Avstriya komandaları ilə mübarizə aparacaq.

Turnirdə iştirak edən “Neftçi SOCAR” komandası isə əsas mərhələnin A qrupunda Çexiyanın “Praqa” klubu və Litva millisi ilə üz-üzə gələcək. Bakı təmsilçisinin oyunları müvafiq olaraq saat 16:15 və 18:05-də başlayacaq.

Qeyd edək ki, 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə iyulun 19-da yekun vurulacaq.

09:42

Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır.

İdman.Biz xəbər verir ki, Fəvvarələr Meydanında yarışda Azərbaycan millisi və “Neftçi SOCAR” komandası mübarizə aparacaq.

Milli komanda seçmə mərhələnin B qrupunda Benin və Braziliya yığmaları ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq saat 10:25 və 12:05-də start götürəcək. Qrup qalibi əsas raundun D qrupunda İspaniya və Avstriya ilə görüşəcək.

“Neftçi SOCAR” əsas mərhələnin A qrupunda Çexiyanın “Praqa” klubu və Litva millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar saat 16:15 və 18:05-də olacaq.

Qeyd edək ki, Dünya Qadın Seriyasının Bakı mərhələsi iyulun 19-da başa çatacaq.

İdman.Biz