U-20 basketbol millimizin üzvü Avropa çempionatında tarix yazdı

17 İyul 2026 13:55
88
U-20 basketbol millimizin üzvü Avropa çempionatında tarix yazdı

Azərbaycanın U-20 basketbol millisinin üzvü Emmanuel Aqbason Slovakiyanın Bratislava şəhərində keçirilən FIBA U-20 Avropa çempionatının B divizionunda tarixi göstəriciyə imza atıb.

İdman.Biz xəbər verir ki, gənc basketbolçu Şimali Makedoniya ilə keçirilən oyunda 12 xal, 18 ribaund və 10 blokla "triple-double" edib.

Aqbason bununla da turnir tarixində "triple-double" göstəricisini bloklar hesabına rəsmiləşdirən ilk basketbolçu olub. O, eyni zamanda, bir oyunda 10 blokla FIBA U-20 Avropa çempionatının B divizionunun blok rekordunu da təkrarlayıb.

Qeyd edək ki, 20 yaşadək oğlanlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya 57:67 hesabı ilə məğlub olub.

Yığmamız bu gün 9-16-cı yerlər uğrunda mübarizə çərçivəsində İsveçrə millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

İdman.Biz