Fabrizio Romano: “Real Madrid”in Rodri planı hazırda aktiv deyil”

21 İyul 2026 14:58
187
Fabrizio Romano: “Real Madrid”in Rodri planı hazırda aktiv deyil”

“İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri hələlik “Real Madrid”in transfer gündəmində deyil”.

İdman.Biz xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Rodri Madrid klubuna qayıtmaq variantına müsbət yanaşır. Lakin “Real Madrid” prezidenti Florentino Peres hazırda bu transferə tam əmin deyil.

“Rodri “Real Madrid”də oynamaq arzusundadır. Lakin hazırda prezidentə görə “Real Madrid” ilə Rodri arasındakı məsələ soyuq olaraq qalır”, - deyə Romano bildirib.

Qeyd olunur ki, “Mançester Siti” 30 yaşlı futbolçuya yeni müqavilə təklif edib. Son qərarı isə Rodri özü verəcək. Yarımmüdafiəçi ya İngiltərə klubunda qalaraq sözləşməsini uzada, ya da müqaviləsinin son ilini başa vuraraq 2027-ci ildə azad agent ola bilər.

“Mançester Siti”nin təklifinin futbolçunun yaşı nəzərə alınsa belə, kifayət qədər ciddi olduğu bildirilir. İngiltərə təmsilçisi komandanın əsas üzvlərindən biri olan Rodrini uzun müddət heyətdə saxlamaq niyyətindədir.

İdman.Biz