DÇ-2026-da ən çox kobudluğa məruz qalmış futbolçu Argentina millisinin kapitanı Lionel Messi olub.
İdman.Biz “Opta” analitik şirkətinin superkompüterinin statistikasına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu turnirdə keçirdiyi səkkiz oyunda rəqiblər tərəfindən 20 dəfə kobudluqla dayandırılıb.
Bu göstəriciyə görə ilk sıralar belədir:
1. Lionel Messi (Argentina) – 20 qayda pozuntusu
2. Jeremi Doku (Belçika) – 18
3. Cud Bellinqem (İngiltərə) – 17
4-7. Dan Ndoye (İsveçrə), Nikolas Talyafiko (Argentina), Əşrəf Hakimi (Mərakeş), Maykl Olise (Fransa) – 16.
