“Real Madrid” 2026-cı il Dünya Kuboku finalında İspaniya millisinə qələbə qolunu vuran “Barselona”nın hücumçusu Ferran Torresi izləyir.
İdman.Biz bu barədə “L'Equipe” qəzetinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Torres “Blaugrana”nın 2027-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmaqda maraqlı olmadığına inanır. Kataloniya klubu 26 yaşlı futbolçunu 50 milyon avro dəyərində qiymətləndirir, lakin müqaviləsinin uzadılması ehtimalını da istisna etməyib. PSJ də 2026-cı il dünya çempionu ilə maraqlanır.
Ötən mövsüm Torres bütün yarışlarda 49 oyunda meydana çıxıb, 21 qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
