“İnter Mayami”nin çalışdırıcısı Messinin DÇ-2026-dan komandaya qayıdışı barədə danışıb

21 İyul 2026 21:34
163
“İnter Mayami”nin çalışdırıcısı Messinin DÇ-2026-dan komandaya qayıdışı barədə danışıb

“İnter Mayami”nin müvəqqəti baş məşqçisi Gilyermo Hoyos, 2026-cı il dünya çempionatında Argentina ilə oynadıqdan sonra Lionel Messi və Rodriqo De Paulun komandaya qayıtması ilə bağlı sualı cavablandırıb.

İdman.Biz xəbər verir ki, Messi və De Paulun yer aldığı Argentina 2026-cı il dünya çempionatının finalına yüksəlib və finalda İspaniyaya 1:0 hesabı ilə məğlub olub.

“Dünya çempionatı yeni başa çatdı, onların istirahət etmələri, yaxınları ilə vaxt keçirmələri lazımdır... Onlar ehtiyac duyduqları qədər istirahət edəcəklər”, - Gilyermo Hoyos deyib.

Messi finalda bütün matçı meydanda keçirib, De Paul isə 70-ci dəqiqədə əvəzlənib.

İdman.Biz