Argentina millisinin müdafiəçisi Nikolas Otamendi sosial mediada milli komandadan ayrıldığını elan edib.
İdman.Biz xəbər verir ki, Argentina daha əvvəl 2026-cı il dünya çempionatının finalında İspaniyaya 1:0 hesabı ilə məğlub olmuşdu.
“Əgər həmişə yanımda daşıyacağım bir şey varsa, o da inanmaqdan əl çəkməyən, son saniyəyə qədər mübarizə aparan və bu rəngləri bütün qəlbi ilə qoruyan fövqəladə bir komanda ilə birlikdə bu yolu qət etməyin qürurudur”, - deyə Otamendi açıqlamasında bildirib.
Nikolas Otamendi 2009-cu ildən bəri Argentina millisində oynayır. O, milli komanda ilə bir dünya çempionatını, iki Copa America titulunu və Finalissima qazanıb.
