Tramp DÇ-20026-da təhlükəsizlik səviyyəsini yüksək qiymətləndirib

21 İyul 2026 23:54
90
Tramp DÇ-20026-da təhlükəsizlik səviyyəsini yüksək qiymətləndirib

ABŞ Prezidenti Donald Tramp ABŞ-da keçirilən DÇ-2026 oyunlarında təhlükəsizlik səviyyəsini yüksək qiymətləndirib.

İdman.Biz bildirir ki, Meksika və Kanada da Dünya Kuboku oyunlarına ev sahibliyi etdi.

“Heç bir etiraz aksiyası keçirilmədi... Bunun bir səbəbi insanların sadəcə bir araya gəlmək istəməsi idi. Bütün ölkə dörd həftə ərzində bir araya gəldi. Bu, həqiqətən də əlamətdardır”, - deyə Tramp Fox News-da bildirib.

2026-cı il dünya çempionatı oyunları ABŞ-ın 11 şəhərində keçirilib.

Aşağıdakı ABŞ şəhərləri dünya çempionatına ev sahibliyi edib: Nyu-York, Filadelfiya, Boston, Atlanta, Mayami, Hyuston, Dallas, Los-Anceles, San-Fransisko, Kanzas-Siti və Sietl.

İdman.Biz