U-20 basketbol millimiz Bosniya və Herseqovinaya məğlub olub - YENİLƏNİB

19 İyul 2026 01:10
1 046
U-20 basketbol millimiz Bosniya və Herseqovinaya məğlub olub

U20 oğlanlardan ibarət millimiz FIBA U20 Avropa Çempionatının B divizionunda 9–12-ci yerlər uğrunda Bosniya və Herseqovina ilə qarşılaşıb.

İdman.Biz bildirir ki, görüş 60:53 hesabı ilə bosniyalıların xeyrinə başa çatıb.

Komandamız turnirdə son oyununu iyulun 19-da 11–12-ci yerlər uğrunda keçirəcək. Rəqib Niderland millisidir.

17:35

Bu gün Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Slovakiyanın Bratislava şəhərində keçirilən FIBA U-20 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, yığmamız 9-10-cu yerlər uğrunda Bosniya və Herseqovina millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi FIBA U-20 Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda mübarizədə İsveçrə yığmasını 72:66 hesabı ilə məğlub edib.

İdman.Biz