Çempionlar Liqası: “Fənərbağça” və “Srvena Zvezda” avrokubok mövsümünə başlayır

21 İyul 2026 10:50
262
Çempionlar Liqası: “Fənərbağça” və “Srvena Zvezda” avrokubok mövsümünə başlayır

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sabah” – “KuPS” matçı ilə yanaşı daha 10 qarşılaşma keçiriləcək.

İdman.Biz xəbər verir ki, oyun günü Bakı vaxtı ilə saat 20:00-da eyni vaxtda üç görüşlə start götürəcək.

Eyni zamanda Ermənistanın “Ararat-Armeniya” klubu İrlandiyanın “Şemrok Rovers” komandasını qəbul edəcək. Gürcüstanın “İberiya 1999” Slovakiyanın “Slovan” kollektivi ilə, İsveçin “Myelbü” komandası isə Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə qarşılaşacaq.

Saat 21:00-da Danimarkanın “Orxus” klubu Polşa təmsilçisi “Lex”i qəbul edəcək. Bu cütün qalibi “Sabah” “KuPS” səddini keçəcəyi halda Azərbaycan klubunun növbəti rəqibi olacaq.

Günün mərkəzi qarşılaşmalarından biri saat 22:00-da start götürəcək. Türkiyənin “Fənərbağça” klubu doğma meydanda Polşanın “Qurnik” komandası ilə qarşılaşacaq. Eyni vaxtda İsveçrənin “Tun” kollektivi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunu qəbul edəcək.

Saat 22:30-da Avstriyanın “Şturm” komandası Şotlandiyanın “Harts” klubunu qəbul edəcək.

Saat 22:45-də Farer adalarının “Kİ Klaksvik” komandası Litvanın “Kauno Jalqiris” kollektivi ilə üz-üzə gələcək.

Oyun gününə saat 23:00-da başlayacaq iki qarşılaşma yekun vuracaq. Şimali İrlandiyanın “Larn” komandası Serbiyanın “Srvena Zvezda” klubunu qəbul edəcək. İslandiyanın “Vikinqur” kollektivi isə İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları iyulun 28 və 29-da keçiriləcək. Qaliblər Çempionlar Liqasında mübarizəni davam etdirəcək, məğlub olan komandalar isə Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanacaqlar.

21 iyulun oyun cədvəli

20:00 "Ararat-Armeniya" – "Şemrok Rovers"

20:00 "İberiya 1999" – "Slovan"

20:00 "Myelbü" – "Linkoln Red İmps"

20:00 "Sabah" – "KuPS"

21:00 "Orxus" – "Lex"

22:00 "Fənərbağça" – "Qurnik"

22:00 "Tun" – "Dinamo" (Zaqreb)

22:30 "Şturm" – "Harts"

22:45 "Kİ Klaksvik" – "Kauno Jalqiris"

23:00 "Larn" – "Srvena Zvezda"

23:00 "Vikinqur" – "Hapoel" (Beer-Şeva)

İdman.Biz