“Zirə” afrikalı futbolçunu transfer edib

21 İyul 2026 16:41
207
“Zirə” afrikalı futbolçunu transfer edib

“Zirə” yeni futbolçu ilə anlaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

“Qartallar” Lue Bayere Junioru heyətinə qatıb.

Fildişi Sahilindən olan hücumçu ilə iki illik müqavilə bağlanıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin “Hammarbü”, “Frey”, Serbiyanın “Jelezniçar”, “Yvor” və Türkiyənin “Göztəpə” klublarında çıxış edib.

İdman.Biz