“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTO

21 İyul 2026 16:30
221
“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTO

“Liv Bona Dea Arena” stadionunda ot örtüyünün yenilənməsi işləri plan üzrə davam etdirilir.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Hibrid tikişli (Hybrid stitched) texnologiya əsasında hazırlanan yeni örtük təxminən 95 faiz təbii ot və 5 faiz sintetik lifdən ibarətdir.

Bu texnologiya futbol kimi yüksək intensivlikli idman növlərində örtüyün zədələnməsinin qarşısını alır. Görülən işlər ot örtüyünün keyfiyyətinin yüksəldilməsi, dayanıqlılığının artırılması və beynəlxalq standartlara daha da uyğunlaşdırılması məqsədi daşıyır.

İdman.Biz