Yuri Vernidub: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyirəm”

21 İyul 2026 15:26
230
Yuri Vernidub: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyirəm”

Azərbaycanın “Neftçi” futbol klubunun baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Belarusun “Dinamo” komandasına qarşı keçirəcəkləri ilk oyun barədə danışıb.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis bunu matçdan əvvəl Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Vernidub “Neftçi”nin 90 illik yubileyində həm ölkə çempionluğu, həm də avrokuboklarda uğur qazanmaq istədiklərini bildirib:

“Neftçi”nin yaranmasının 90-cı ilində çempion olmasını istəyirəm. Komanda buna layiqdir. Digər arzumuz Konfrans Liqasında əsas mərhələyə vəsiqə qazanmaqdır. Bunları reallaşdırmaq üçün bizə zaman lazımdır”.

Baş məşqçi rəqibin güclü olduğunu vurğulasa da, mərhələni keçmək üçün əllərindən gələni edəcəklərini qeyd edib:

“Dinamo” hazırda ölkəsinin lideridir. Çempionatları davam edir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. İlk növbədə bu raundu keçməli, sonra digərləri haqqında düşünməliyik”.

Qeyd edək ki, “Neftçi” - “Dinamo” görüşü iyulun 22-də saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək. Cavab oyunu isə iyulun 30-da baş tutacaq.

İdman.Biz