Vinisius plastik əməliyyat etdirib? – Görünüşündəki dəyişiklik müzakirə olunur - FOTO

21 İyul 2026 16:11
225
Vinisius plastik əməliyyat etdirib? – Görünüşündəki dəyişiklik müzakirə olunur - FOTO

Braziliya millisinin və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Vinisius Juniorun görünüşündəki dəyişiklik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, istifadəçilər braziliyalı vingerin çənə nahiyəsində estetik harmonizasiya prosedurundan keçdiyini iddia edirlər.

Bildirilir ki, bu estetik müdaxilə üz cizgilərini daha qabarıq göstərmək və çənənin formasını vizual olaraq dəyişmək məqsədi daşıyır.

Vinisius özü hələlik bu iddialarla bağlı heç bir açıqlama verməyib. Lakin sosial şəbəkələrdə yayılan son fotolarına əsasən, futbolçunun görünüşündə müəyyən dəyişikliklərin olduğu diqqət çəkir.

İdman.Biz