“Vest Hem Yunayted” “Əl-Hilal”ın Sammervil üçün təklifini qəbul edib

21 İyul 2026 23:39
80
“Vest Hem Yunayted” “Əl-Hilal”ın Sammervil üçün təklifini qəbul edib

“Vest Hem Yunayted” cinah oyunçusu Krisensio Sammervili “Əl-Hilal”a satmağa razılaşıb.

İdman.Biz bu barədə Devid Ornşteynə istinadən bildirir.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubu 55 milyon funt sterlinq (təxminən 64 milyon avro), əlavə 5 milyon funt sterlinq (təxminən 6 milyon avro) bonuslar ödəyəcək. Müqavilə hələlik yekunlaşmayıb.

Sammervil ötən mövsüm bütün yarışlarda 34 oyunda meydana çıxıb, yeddi qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

İdman.Biz