Sammervil uğrunda mübarizəyə “Əl-Hilal” da qoşulub

21 İyul 2026 20:02
156
Sammervil uğrunda mübarizəyə “Əl-Hilal” da qoşulub

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu cinah oyunçusu Krisensio Sammervil üçün “Vest Hem Yunayted”ə təklif göndərib.

İdman.Biz jurnalist və insayder Fabrizio Romanoya istinadən bunu bildirir.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubu təkcə London klubu ilə deyil, həm də oyunçunun özü ilə əlaqə saxlayır. “Roma” da hücumçunun transferi üçün fəal şəkildə çalışır.

Ötən mövsüm Sammervil bütün yarışlarda 34 oyunda meydana çıxıb, yeddi qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

İdman.Biz