FİFA-nın Rəqabət Dürüstlüyü üzrə İşçi Qrupu 2026-cı il dünya çempionatında heç bir danışılmış oyun və ya şübhəli mərc fəaliyyəti ilə bağlı dəlil tapmayıb.
İdman.Biz bildirir ki, turnir zamanı mütəxəssislər mərc bazarlarını və bütün 104 matçı real vaxt rejimində izləyiblər. Məlumatların təhlili nəticəsində nəticənin manipulyasiyasına işarə edə biləcək heç bir hal aşkar etməyib.
Vəziyyəti izləmək üçün FİFA mərc fəaliyyəti hesabatlarını, işçi qrupu üzvlərindən məlumatları və potensial pozuntular barədə hesabatları toplayıb. Bütün məlumatlar təhlil edilib və yarışların dürüstlüyünün monitorinqi ilə məşğul olan təşkilatlarla paylaşılıb.
ABŞ, Kanada və Meksika futbol konfederasiyaları və federasiyalarının, eləcə də FTB, İnterpol, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Avropa Şurası, Sportradar, Beynəlxalq Mərc Dürüstlüyü Assosiasiyası və digər təşkilatların nümayəndələri işçi qrupunun işində iştirak ediblər.
FİFA bu təşkilatlarla 2027-ci il Qadınlararası Dünya Kuboku da daxil olmaqla gələcək turnirlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir.
İspaniya milli komandası Argentinanı məğlub edərək DÇ-2026-nın qalibi olub. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilib.
