Transfermarkt DÇ-2026-dan sonra ən çox bahalaşan futbolçuların siyahısını açıqlayıb

22 İyul 2026 20:22
96
Transfermarkt DÇ-2026-dan sonra ən çox bahalaşan futbolçuların siyahısını açıqlayıb

Transfermarkt, 2026-cı il dünya çempionatından sonra futbolçuların bazar dəyərini yeniləyərək, turnirdən sonra dəyəri ən çox artan oyunçuları müəyyən edib.

İdman.Biz bildirir ki, İngiltərənin və “Mançester Siti” yarımmüdafiəçisi Elliot Andersonun dəyəri ən çox artaraq 35 milyon avroya çatıb.

2026-cı il dünya çempionatından sonra dəyəri ən çox artan 12 oyunçunun tam siyahısı belədir:

Elliot Anderson (İngiltərə) – 110 milyon avro (+35 milyon avro).
Cud Bellingem (İngiltərə) – 160 milyon avro (+30 milyon avro).
Ayub Buaddi (Mərakeş) – 80 milyon avro (+30 milyon avro).
Erlinq Holand (Norveç) – 220 milyon avro (+20 milyon avro).
Lamin Yamal (İspaniya) – 220 milyon avro (+20 milyon avro).
Kilian Mbappe (Fransa) – 200 milyon avro (+20 milyon avro).
Maykl Olise (Fransa) – 170 milyon avro (+ 20 milyon avro).
Xulian Alvares (Argentina) – 120 milyon avro (+ 20 milyon avro).
Morqan Rogers (İngiltərə) – 110 milyon avro (+ 20 milyon avro).
Pau Kubarsi (İspaniya) – 100 milyon avro (+ 20 milyon avro).
Bredli Barkola (Fransa) – 90 milyon avro (+ 20 milyon avro).
Qonsalo Ramos (Portuqaliya) – 50 milyon avro (+ 20 milyon avro).

İspaniya finalda Argentinanı 1:0 hesabı ilə məğlub edərək 2026-cı il dünya çempionatının qalibi olub.

İdman.Biz