Vilyam Saliba onurğa zədəsindən sonra əməliyyatdan imtina edib

23 İyul 2026 01:45
79
Vilyam Saliba onurğa zədəsindən sonra əməliyyatdan imtina edib

Fransanın və “Arsenal”ın müdafiəçisi Vilyam Saliba onurğa zədəsi almasına baxmayaraq əməliyyatdan imtina edib.

İdman.Biz-in L'Équipe qəzetinə istinadən məlumatına görə, fransız əməliyyat olunmaq əvəzinə, uzunmüddətli reabilitasiya proqramından keçəcək və bu, onun bir neçə ay meydandan kənarda qalmasına imkan verəcək.

Daha əvvəl mediada Salibanın 2026-cı il dünya çempionatının başlamasından iki ay əvvəl ağır onurğa zədəsi aldığı, lakin buna baxmayaraq turnirdə oynadığı, ağrıkəsicilər qəbul etdiyi və hər gün ixtisaslaşmış müalicə aldığı iddia edilmişdi.

Müdafiəçi turnir ərzində altı oyun keçirib və sonuncu oyununda, İspaniyaya 2:0 hesabı ilə uduzduqda, 30-cu dəqiqədə zədələnib və meydanı tərk edib.

İdman.Biz