“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:47
73
“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

Britaniya-Hindistan əsilli iş adamı Amit Bhatiya (“Queens Park Rangers”in keçmiş həmsahibi) və “Amazon”un qurucusu Jeff Bezosdan ibarət “Liverpul”un potensial həmsahiblərinin konsorsiumu klubun inkişafı üçün iddialı planlar açıqlayıb.

İdman.Biz-in Indykaila News-a istinadən məlumatına görə, investorların məqsədi Liverpulu dünya futbolunda aparıcı kluba çevirməkdir.

Bu məqsədlə onlar böyük transfer kampaniyası aparmaq niyyətindədirlər. Konsorsiumun əsas hədəfləri “Real Madrid”dən Vinisius Junior və “Bavariya”dan Maykl Olisedir.

Daha əvvəl bildirilirdi ki, “Liverpul”a sahib olan ABŞ investisiya şirkəti “Fenway Sports Group”un rəhbərliyi klubun azlıq payını satmaq üçün danışıqlar aparır.

İdman.Biz