Konfrans Liqası: “Başakşehir” heç-heçəyə qane oldu, “Braqa”dan səfər qələbəsi

23 İyul 2026 01:26
1 060
Konfrans Liqası: “Başakşehir” heç-heçəyə qane oldu, “Braqa”dan səfər qələbəsi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları keçirilib.

İdman.Biz bildirir ki, Serbiyanın "Jelezniçar" komandası Portuqaliyanın "Braqa" klubunu qəbul edib.

Oyun 1:0 hesabı ilə Portuqaliya təmsilçisinin xeyrinə bitib. Yeganə qolu 67-ci dəqiqədə Rikardu Orta vurub. Bu cütlüyün qalibi növbəti mərhələdə "Neftçi" - "Dinamo Minsk" qarşıdurmasından qalibiyyətlə çıxan klubla oynayacaq.

Türkiyənin "İstanbul Başakşehir" klubu isə Finlandiyanın "İnter" kollektivini qonaq edib. Matç 1:1 hesabı ilə bitib. Qonaqlardan Klinton Jeftanın 16-cı dəqiqədəki qoluna meydan sahibləri 54-cü dəqiqədə Emin Bayramın qolu ilə cavab veriblər.

Cavab görüşləri bir həftədən sonra olacaq.

10:24

Bu gün, iyulun 22-də UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində altı oyun baş tutacaq.

Oyun proqramına “Neftçi” - Minsk “Dinamo”sunun görüşü start verəcək. Bakıda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Saat 21:00-da İrlandiyanın “Bohemians” klubu Kosovo təmsilçisi “Balkani”ni qəbul edəcək.

Türkiyənin “Başakşehir” komandası isə doğma meydanda Finlandiyanın Turku şəhərini təmsil edən “İnter”lə üz-üzə gələcək. Matç saat 21:45-də başlayacaq.

Saat 22:00-da Şimali Makedoniyanın “Vardar” klubu Latviyanın RFS “Riqa” komandası ilə qarşılaşacaq.

Slovakiyanın Trnava şəhərini təmsil edən “Spartak” isə saat 22:30-da Bolqarıstanın ÇSKA 1948 klubunu qəbul edəcək.

Oyun proqramına Serbiyanın Pançevo şəhərini təmsil edən "Jelezniçar"la Portuqaliyanın "Braqa" komandası arasında keçiriləcək görüş yekun vuracaq. Qarşılaşma saat 23:00-da start götürəcək.

Bütün matçlar iki oyundan ibarət qarşıdurmaların ilk görüşləridir. Cavab oyunları iyulun 28-30-da keçiriləcək.

22 iyulun oyun cədvəli:

20:00. “Neftçi” – “Dinamo” (Minsk)

21:00. “Bohemians” – “Balkani”

21:45. “Başakşehir” – “İnter” (Turku)

22:00. “Vardar” – RFS “Riqa”

22:30. “Spartak” (Trnava) – ÇSKA 1948

23:00. “Jelezniçar” (Pançevo) – “Braqa”

İdman.Biz