“Neftçi”nin qadın futbolçulardan ibarət komandası 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb.
İdman.Biz xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin birinci təsnifat mərhələsində Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşıb.
Yunanıstandakı Veria stadionunda baş tutan birinci qrupun yarımfinal matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb.
Penaltilər seriyasında üstün olan “Neftçi” mərhələ adlayıb. Komanda finalda PAOK (Yunanıstan) - “Hapoel” (Yerusalim, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Qalib komanda ikinci təsnifat mərhələsinə yüksələcək.
10:08
Bu gün “Neftçi”nin qadın futbolçulardan ibarət komandası 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin birinci təsnifat mərhələsində Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq.
Birinci qrupun yarımfinal matçı Yunanıstandakı Veria stadionunda, Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
Qeyd edək ki, cütün qalibi finalda PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Qalib komanda ikinci təsnifat mərhələsinə yüksələcək.
