“Kəpəz” hücum xəttini Benito ilə gücləndirir

22 İyul 2026 10:53
102
“Kəpəz” hücum xəttini Benito ilə gücləndirir

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Kəpəz” futbol klubu heyətini yeni legionerlə gücləndirməyə yaxındır.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi nigeriyalı vinger Benito ilə danışıqları yekunlaşdırmaq üzrədir.

27 yaşlı futbolçu son olaraq Kiprin “Akritas” klubunun formasını geyinib. Hazırda azad agent statusunda olan oyunçunun yaxın günlərdə “Kəpəz”lə müqavilə imzalayacağı gözlənilir.

Benito karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun da şərəfini qoruyub. O, həmçinin Nigeriyanın U-23 milli komandasının formasını geyinib.

İdman.Biz
Məqalədə: