UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi" - "Dinamo" oyunu başa çatıb.
İdman.Biz bildirir ki, matç 4:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Cavab oyunu bir həftədən sonra keçiriləcək.
21:38
"Neftçi" - "Dinamo" oyununda hesab yenə dəyişib.
İdman.Biz bildirir ki, 78-ci dəqiqədə Quldjiqit Alıkulov penaltidən fərqi artırıb - 2:4.
21:18
"Neftçi" - "Dinamo" oyununda hesab dəyişib.
İdman.Biz bildirir ki, 57-ci dəqiqədə Karen Vardanyan komandasını irəli çıxarıb - 2:3.
"Neftçi" - "Dinamo" oyununda hesab dəyişib.
İdman.Biz bildirir ki, 57-ci dəqiqədə Karen Vardanyan komandasını irəli çıxarıb - 2:3.
21:08
"Neftçi" - "Dinamo" oyununda hesab bərabərləşib
İdman.Biz bildirir ki, 47-ci dəqiqədə "Dinamo"nun oyunçusu Yevgeni Malaşeviç bərabərlik qolunu vurub - 2:2.
21:04
"Neftçi" - "Dinamo" oyununda ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki,ilk yarıdan sonra Bakı klubu irəlidədir - 2:1.
20:49
"Neftçi" - "Dinamo" oyununda birinci hissə bitib.
İdman.Biz bildirir ki,ilk yarıdan sonra Bakı klubu irəlidədir - 2:1.
20:38
"Neftçi" - "Dinamo" oyununda daha bir qol vurulub.
İdman.Biz bildirir ki, 36-cı dəqiqədə Karen Vardanyan hesab arasndakı fərqi azaldıb - 2:1.
20:08
"Neftçi" - "Dinamo" oyununda daha bir qol vurulub.
İdman.Biz bildirir ki, 8-ci dəqiqədə Belarus komandasından Aleksandr Selyava avtoqol müəllifi olub - 2:0.
20:02
"Neftçi" "Dinamo" ilə oyunda erkən qol vurub.
İdman.Biz bildirir ki, 2-ci dəqiqədə Emin Mahmudov fərqlənib.
20:00
UEFA Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Neftçi" Minsk "Dinamo"sunu qəbul edir.
İdman.Biz xəbər verir ki, “Palms Sports Arena”da keçirilir.
19:12
"Neftçi" UEFA Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Minsk "Dinamo"sunu qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Neftçi": 1. Emil Balayev, 77. Falaye Sako, 55. Endryu Qravilyon, 5. İqor Ribeyro, 24. Mustafa Sek, 20. Qustavo Klisman, 6. Sessi D`Almeyda, 8. Emin Mahmudov (k), 33. Breno Almeyda, 11. İmad Faraj, 29. Lyubomir Tupta
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, Rüfət Abbasov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. İfeanyu Metyu, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 91. Ağadadaş Salyanski, 97. Bassala Sambu
Baş məşqçi: Yuri Vernidub
"Dinamo": 1. İvan Şimakoviç, 25. Abdul Aziz Ture, 26. Vladislav Kalinin, 12. Aleksey İvanov, 44. Qleb Qurban, 42. Favaz Abdullahi, 23. Aleksey Zençko, 8. Aleksandr Selvaya, 7. Yevgeni Malaşeviç, 30. Mustafa Djimet, 10. Karen Vardanyan
Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 2. Matvey Dubatovka, 3. Maksim Şetsov, 5. Danil Duşevski, 9. Andrey Lutskoviç, 11. Quljigit Alikulov, 13. Vladislav Poloz, 19. Rayan-Eli Qibero, 24. Aleksey Valkuliç, 27. Mixail Aleksandrov, 78. Artyom Sokolovski, 80. Leonard Qvet
Baş məşqçi: Aleksandr Şaqoyko
09:23
Bu gün Azərbaycanın “Neftçi” futbol klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayır.
İdman.Biz xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin ikinci təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun “Dinamo” (Minsk) kollektivini qəbul edəcək.
Görüş “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellas olacaq.
Qeyd edək ki, cütün qalibi növbəti raundda “Jelezniçar” (Serbiya) - “Braqa” (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.
