Van Bommel Belçika millisinə rəhbərlik edəcək

22 İyul 2026 08:12
73
Van Bommel Belçika millisinə rəhbərlik edəcək

“Bavariya”, “Barselona” və “Milan”ın keçmiş oyunçusu Mark van Bommel Belçika millisinin yeni baş məşqçisi olacaq.

İdman.Biz bu barədə Nieuwsblad-a istinadən xəbər verir.

49 yaşlı niderlandlı ilə danışıqlar son mərhələdədir və onun müqaviləsinin 2028-ci ilə qədər davam edəcəyi gözlənilir.

Daha əvvəl fransız Rudi Qarsiyanın milli komandanın baş məşqçisi vəzifəsindən ayrıldığı açıqlanmışdı; onun müqaviləsi yenilənməmişdi. Belçika 2026-cı il dünya çempionatının dörddəbir finalına yüksəldi və burada İspaniyaya 2:1 hesabı ilə məğlub oldu.

Oyunçu kimi van Bommel 2006-cı ildə Barselona ilə Çempionlar Liqasını qazandı və 2010-cu il dünya çempionatında Niderland ilə gümüş medal qazandı.

Van Bommel Niderlandın PSV və Almaniyanın “Volfsburq” komandalarını çalışdırıb və son iş yeri 2024-cü ildə Belçikanın “Antverpen” komandası olub.

İdman.Biz