“Çelsi” sosial media səhifəsində hücumameyilli yarımmüdafiəçi Morqan Rocerslə müqavilə imzaladığını açıqlayıb.
İdman.Biz-in məlumatına görə, transfer məbləğinin 136 milyon avro olacağı gözlənilir.
Rocers ötən mövsüm “Aston Villa”da bütün turnirlərdə 55 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. Transfermarkt-a görə, onun bazar dəyəri 90 milyon avrodur.
