Modriçin Xorvatiya millisində karyerasını nə vaxt başa vuracağı açıqlanıb

22 İyul 2026 06:10
79
Modriçin Xorvatiya millisində karyerasını nə vaxt başa vuracağı açıqlanıb

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 6 oktyabrda Split şəhərindəki Poljud stadionunda keçiriləcək İspaniya ilə Millətlər Liqası matçından sonra milli komandadan ayrılacaq.

İdman.Biz bu barədə “La Gazzetta dello Sport” qəzetinə istinadən məlumat verir.

Modriç artıq Xorvatiyanın baş məşqçisi Slaven Biliçlə qərarını bölüşüb.

Daha əvvəl bildirilirdi ki, yarımmüdafiəçi "Milan"la yeni müqavilə imzalamağa razılaşıb və klubla qısamüddətli müqavilə imzalamağa hazırdır.

Modriç Xorvatiya millisində 202 oyun keçirib və 29 qol vurub. O, milli komanda ilə 2018-ci il dünya çempionatında gümüş, 2022-ci il dünya çempionatında isə bürünc medal qazanıb.

İdman.Biz