“Əl-Hilal” PSJ-nin hücumçusunun transferi üçün danışıqlara başlayıb

23 İyul 2026 09:39
115
“Əl-Hilal” PSJ-nin hücumçusunun transferi üçün danışıqlara başlayıb

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu transfer bazarında fəal şəkildə işləməyə davam edir və “Pari Sen-Jermen”in hücumçusu Usman Dembele ilə bağlı ilkin danışıqlara başlayıb.

İdman.Biz bu barədə jurnalist və insayder Saşa Tavolyeriyə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, "Vest Hem Yunayted"in cinah oyunçusu Krisensio Sammervil ilə müqavilə imzaladıqdan sonra Səudiyyə klubu heyətini daha bir yüksək səviyyəli oyunçu ilə gücləndirməyi hədəfləyir.

Dembelenin nümayəndələri ilə ilkin əlaqələr artıq qurulub. Oyunçu razılaşarsa, "Əl-Hilal" 2025-ci il "Qızıl top" mükafatı sahibinin müqaviləsini uzatmaq niyyətində olan PSJ ilə danışıqlara başlayacaq.

"Əl-Hilal"ın "İnter"in müdafiəçisi Alessandro Bastoni ilə maraqlandığı da əvvəllər bildirilmişdi.

İdman.Biz